Xarkov atəş altında qalıb – Şəhərdə vəziyyət çox ağırdırbackend

Xarkov atəş altında qalıb – Şəhərdə vəziyyət çox ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə müraciət edərək bildirib ki, ruslar Xarkovu atəşə tutmaqda davam edir, şəhərdə vəziyyət çox ağırdır.

NOCOMMENT.az xəbər verir ki, eyni zamanda, Ukrayna hakimiyyəti Xarkovu hava zərbələrindən müdafiə etməyin yollarını axtarır.

Xatırladaq ki, “The Economist”də Xarkovdakı vəziyyətlə bağlı məqalə dərc edilib. Ukraynadakı hərbi mənbələrə istinadən bildirilib ki, Rusiya Xarkovu mülki yaşayış üçün yararsız adlandırılan “boz zona”ya çevirmək istəyir.