NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xarkovda partlayış səsləri eşidilir. Bu barədə “Public” telekanalı özünün Telegram kanalında məlumat yayıb.
“Xarkovda partlayış səsi eşidilib”, – müxbirlər bildiriblər.
Eyni zamanda, Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindən belə göründüyü kimi, bölgədə hava hücumu xəbərdarlığı elan edilməyib.
Jurnalistlər başqa təfərrüat vermirlər.
“Strana.ua” nəşri də Ukraynanın nəzarətində olan Xersonda partlayışın baş verdiyini bildirir. Şəhər hakimiyyətinin məlumatına görə, sahilyanı ərazilərin atəşə tutulması davam edir.
Bir gün əvvəl, noyabrın 11-də Xersonda partlayışlar olub. Bu barədə Ukrayna hakimiyyəti tərəfindən təyin edilmiş şəhər administrasiyasının rəhbəri Roman Mroçko məlumat verib. O, əlavə olaraq qeyd edib ki, partlayışlar Dnepr vilayətində baş verib.