Xarkov vilayətinin Çuquev şəhərində silsilə partlayışlar baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok Telegram kanalında bildirib.
“Çuquevdə (Xarkov vilayəti) də bir sıra güclü partlayışlar olub”, – Moskva vaxtı ilə saat 16:16-da dərc edilən mesajda deyilir.
Hərbi müxbir əlavə edib ki, ilkin məlumatlara görə, hərbi obyektə hücum edilib.