Xatirə İslamın toylarla bağlı iddiasına DİN-dən AÇIQLAMAbackend

Xatirə İslamın toylarla bağlı iddiasına DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O cür halların qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti gündəlik olaraq məlumatlar yayır. Belə cəhdlərin – toy keçirmək, şənlik keçirmək, yas mərasimi təşkil eləmək cəhdlərinin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır”.

NOCOMMENT xəbər verir ki, bu sözləri DİN-in mətbuat katibi Ehsan Zahidov müğənni Xatirə İslamın Azərbaycanda gizli toyların keçirilməsi ilə bağlı iddiası barədə Yeniavaz.com-un sorğusunu cavablandırarkən deyib.

Xatırladaq ki, tanınmış müğənni Xatirə İslam özünün instaqram səhifəsində Azərbaycanda hər gün 500 gizli toyun keçirildiyi iddiası ilə çıxış etmişdi.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbilə Azərbaycanda tətbiq olunan karantin rejiminin qaydalarına əsasən, toy mərasimlərinin keçirilməsi qadağandır.