Xatirəyə dəstək: TV rəhbərlərinin villası, uşağının, arvadının sürücüsü…backend

Xatirəyə dəstək: TV rəhbərlərinin villası, uşağının, arvadının sürücüsü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şairə Nazilə Səfərli verilişlərə çıxmaq üçün qonorar tələb edən müğənni Xatirə İslama dəstək çıxıb.

NOCOMMENT axsam-a istinadən xəbər verir ki, o, ifaçının haqlı olduğunu, proqramlara qatılan sənət adamlarına ödənc verilməsinin tərəfdarı olduğunu deyib: “Xatirə yerdən-göyə qədər haqlıdır. Əgər bir sənətçi televiziyanı qazandırırsa, televiziya da onu qazandırmalıdır.

Dünyada belədir. Sadəcə niyə burada bunu etmirlər? Azərbaycan sənətkarlarla dolu ölkədir. Bolluqdur. Ona görə də televiziya rəhbərləri düşünür ki, olmasın o, olsun başqası… Xatirə dedi ki, el bir olsa, dağ oynadar yerindən. Düzdür, dəstək olunsa, olacaq.

Demirik ki, toya yarım saata 5 min manata gedən müğənniyə efir də 5 min versin. Amma 100 manat da versələr, olar. Televiziya rəhbərləri o pulu evinə aparır. Hamısının villası, şəraiti, uşağının, arvadının sürücüsü. Bunu nəyin sayəsində edirsiniz? Sənət adamlarının sayəsində. Reytinq sayəsində. Reytinqi də biz məşhurlar veririk. Evdən çıxanda makiyaj, geyim… Hamısı puldur. Efirə çıxan 2-3 minlik kostyum geyinməlidir. Bunları sizə ediriksə, təşəkkür etməlisiniz. 15 saniyəlik reklam efirdə 1500, 30 saniyəlik reklam 2 min manatdırsa, verilməlidir”.

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xose verilişlərə çıxmaq üçün qonorar istəyiblər.