XƏBƏRDARLIQ: Bakıda güclü külək əsəcək, rayonlardabackend

XƏBƏRDARLIQ: Bakıda güclü külək əsəcək, rayonlarda isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-da günüzədək şimal-qərb küləyinin 15-18 m/s, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, avqustun 6-8-də əsasən, gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 5-də axşamdan 9-da gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.