Xəbərdarlıq: İsveç və Finlandiya Ankaraya verdiyi vədə əməl etməyibbackend

Xəbərdarlıq: İsveç və Finlandiya Ankaraya verdiyi vədə əməl etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya hələlik Ankaranın gözləntilərinə uyğun olaraq Türkiyənin ekstradisiya tələblərini təmin etməyib və bu ölkələrin NATO-ya üzvlük prosesi defolt halında dalana dirənəcək.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə “Milliyet” qəzeti yazıb.

Mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynada başladığı müharibə fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim edib.

Türkiyə əvvəlcə bu müraciətlərə baxılması prosesinin başlanmasına mane oldu, lakin sonra – iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzaladılar. Türkiyə də öz növbəsində bu iki Avropa ölkəsinin NATO-ya daxil olmasına etirazını geri götürdü.

Əvəzində İsveç və Finlandiya bu ölkələrdə sığınacaq almış terrorçuların Ankaraya təhvil veriləcəyini vəd edib.

“Türkiyənin müsbət qərar verməsi İsveç və Finlandiyanın NATO-ya qəbul prosesinin başa çatması demək deyil. Prosesə başlamaq iradəsidir. Müqavilədə Türkiyəyə verilən vədlərə əməl olunarsa, Ankara sözünün üstündə duracaq. Əgər verdiyiniz sözü yerinə yetirsəniz, üzvlüyə “hə” deyəcəyik. Əks halda, proses dalana dirənəcək. İndiyə qədər İsveç və Finlandiya hökumətləri Türkiyənin gözləntilərinə uyğun olaraq ekstradisiya tələblərini təmin etməyiblər…”, – deyə nazir bildirib.