XƏBƏRDARLIQ: Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər – VİDEObackend

XƏBƏRDARLIQ: Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzlar bank kartlarının məlumatlarını ələ keçirmək məqsədilə bankların logo və adından istifadə edərək oxşar saytlar yaradırlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, onlayn ödənişlər həyata keçirdikdə istifadəçilər daxil olduqları saytın rəsmi sayt olduğuna diqqət yetirməlidirlər.

Mərkəz, kart məlumatlarının oğurlanmasının qarşısını almaq üçün bir neçə məqamlara diqqət yetirməyi tövsiyə edir.

NOCOMMENT xezerxeber.az-a istinadən xəbər verir ki, ilk növbədə heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirilməməlidir. Belə ki, bu məlumat heç bank ışçisi tərəfindən soruşulmur.

CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur. İstifadəçinin kartına pul göndərilirsə, bu halda göndərən tərəfə pulu qəbul edənin CVV kodu tələb olunmur. İnformasiya texnologiyaları üzrə mütəxəssis Elçin Məmmədov deyir ki, başqasına pul köçürülən zaman kartın ”CVV” kodunu göndərmək lazım deyil.

Mütəxəssis bildirir ki, kartla ödəniş edərkən telefona gələn 4 rəqəmli təhlükəsizlik kodunu da kənar şəxslər bilməməlidirlər. Çünki həmin kodun göndərildiyi SMS-də xərcin təyinatı və məbləğ barədə məlumat olur. Bu məlumatlara da diqqət edilməlidir. Ekspert tövsiyə edir ki, onlayn ödənişlər zamanı vətəndaşlar daxil olduqları sayta diqqətlə baxmalı və onun rəsmi sayt olduğuna əmin olmalıdırlar.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik: