Xəbəriniz var ki, daha Qarabağa silahlı erməni əsgəri buraxmırlar? – Şahnazaryanbackend

Xəbəriniz var ki, daha Qarabağa silahlı erməni əsgəri buraxmırlar? – Şahnazaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sizə deyim, bilin ki, Şurnuxdan sonra Ararat bölgəsindəki Tigranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan eksklavı Kərki kəndi nəzərdə tutulur) düşmənə veriləcək. Sadəcə necə öyrəndiyimi soruşmayın. Cavab internetdə, get və bir yarım ay əvvəl dərc edilmiş FSB məlumatını oxuyun. Burada Yerasxdan əlavə Paruyr Siak kəndində bir nəzarət məntəqəsi yaradılacağı barədə yazılıb. Sonra Paruyr Syak kəndini xəritədə tapın və hər şey aydın olacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri erməni millətçi politoloq Qrant-Melik Şahnazaryan Facebook səhifəsində yazır.

Şahnazaryan daha sonra yazır: “İndi mənə izah edin ki, niyə Şurnuxdan bu qədər danışırıq, amma Dağlıq Qarabağdan qalan son parçanın əsl itkisini görmürük. Çünki Şurnux Ermənistan Respublikasının ərazisində idi. Səmimi olaraq deməliyəm ki, xalqımızın Vətənə qarşı bu cür laqeydliyindən təəccüblənirəm. Gəlin kütlələri bir kənara qoyaq, bəs ziyalılar? Bəs siyasi, hərbi elita necə? Xəbəriniz var ki, daha Qarabağa silahlı erməni əsgəri buraxmırlar? Bilirsiniz, bu nə deməkdir?”
Konkret.az