Britaniyalı alimlər xərçəngin tez və effektiv aşkarlanması üçün süni intellekt yaradıblar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 10 milyon insan xərçəngdən ölür. Bir çox hallarda xəstəlik erkən aşkar edilərsə və vaxtında müalicə olunarsa, sağalmaq olar.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, Britaniyalı tədqiqatçılar inkişaf mərhələsində olan xərçəngi dəqiq müəyyən edə bilən süni intellekt modeli yaradıblar.
Araşdırmaya görə, alqoritm mövcud tibbi metodlardan daha səmərəli və effektiv işləyir.
Ola bilsin ki, süni intellekt (AI) tezliklə bu işdə həkimlərə kömək edəcək.
Royal Marsden NHS Fondu, London Xərçəng Araşdırmaları İnstitutu və London İmperial Kollecinin mütəxəssisləri artıq KT müayinələrində aşkar edilən anormal böyümələrin bədxassəli olub-olmadığını müəyyən edə bilən süni intellekt yaradıblar.
Tədqiqatın müəlliflərindən professor Benjamin Hunterin sözlərinə görə, bu model ağciyər xərçəngi düyünlərini dəqiq müəyyən edir. Həmçinin gələcəkdə bu, xərçəngin erkən mərhələdə aşkarlanmasına kömək edəcək.