Xərçəngin erkən aşkarlanması həyat qurtarırbackend

Xərçəngin erkən aşkarlanması həyat qurtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il 20 milyona yaxın insana xərçəng diaqnozu qoyulur.

NOCOMMENT xəbər verir ki, ildə 10 milyon insan məhz buna görə ölür. Ancaq xərçəngin erkən aşkarlanması həyat qurtarır. Bunun yolu müntəzəm xərçəng müayinəsindən keçir.

Xərçəng həm dünyada, həm də Türkiyədə ürək-damar xəstəliklərindən sonra ikinci ən çox ölüm səbəbidir. Dünyada hər 6 ölümdən birinin, Türkiyədə isə hər 5 ölümdən birinin səbəbi xərçəngdir. 184 ölkədə 29 xərçəng növünü əhatə edən Ümumdünya Səhiyyə Təşkilatının məlumatları xərçəngin nə qədər ciddi problem olduğunu ortaya qoyur.

“GLOBOCAN”ın məlumatına görə, hər il dünyada təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulur. Hər il təxminən 10 milyon insan xərçəngdən ölür. Türkiyədə hər il 250 min insana xərçəng diaqnozu qoyulur. Təbabətdəki irəliləyişlər sayəsində xərçəngin müalicəsi uzun bir yol keçdi. Artıq xərçəngin bir çox növləri uğurla müalicə edilə bilər. Erkən diaqnoz bu nöqtədə böyük əhəmiyyət kəsb edir. Xəstəliyin qarşısını almaq üçün mütəmadi olaraq müayinələrdən keçmək lazımdır.