Xərçənglə mübarizəyə kömək edən MƏHSULLARbackend

Xərçənglə mübarizəyə kömək edən MƏHSULLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəyyən qidaları yemək xərçəngin qarşısını almağa və müalicə etməyə kömək edə bilər.

NOCOMMENT.az “İzvestiya”ya istinadən xəbər verir ki, bunu bioloq İrina Maltseva deyib.

O bildirib ki, yaşıl çay, yerkökü, kərəviz, şüyüd, qara üzüm, portağal və brokoli döş xərçənginin müalicəsində kömək edir:

“Tərkibində xüsusi fitonutrientlər olduğu üçün bu məhsullar şişlərin əmələ gəlməsinin və ya inkişafının qarşısını ala bilər. Qidada yağ turşularının düzgün nisbəti qlioma, yəni beyinə təsir edən bədxassəli şişin qarşısını almağa kömək edə bilər. Pəhrizdə göbələklərin istifadəsi də müəyyən xərçəng xəstəliklərinin müalicəsində kömək edir. Metastaz mərhələsində olan müxtəlif xərçəng növlərini göbələklərin köməyi ilə dayandırmaq olar. Hər hansı bir xəstəlikdən, o cümlədən xərçəngdən əziyyət çəkən pasiyent öz həkimi ilə qida rasionunun tərkibini müzakirə etməlidir”.