Ukrayna prezidenti Vladimir Zelenski Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçkonu vəzifəsindən azad edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Nəşr bildirir ki, məmur 2023-cü ilin mart ayından bu vəzifədə çalışır, bələdiyyə sədri funksiyalarını səmərəli şəkildə yerinə yetirir. Mroçkonu bu postda kimin əvəz edəcəyi məlum deyil.
Bundan əvvəl Zelenski Sumı hərbi administrasiyasının rəhbəri Vladimir Artyuxi vəzifəsindən azad edib. Onun vəzifəsinə polis general-mayoru Oleq Qriqorov təyin edilib.