Xerson siyasi razılaşma ilə qaytarılıb – Jdanovdan şok iddia/Videobackend

Xerson siyasi razılaşma ilə qaytarılıb – Jdanovdan şok iddia/Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya minimal itkilərlə Xersondan geri çəkildi. Bunun səbəbi Xersonun hərbi yolla deyil, siyasi yolla azad edilməsidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Böyük Britaniyanın kəşfiyyat məlumatlarına istinadən etdiyini söyləyən ekspert vurğulayıb ki, Rusiya üç həftə ərzində – oktyabrın 22-dən noyabrın 10-dək minimum şəxsi heyət itkisi ilə qoşunlarını çıxarıb.

“Rusiya Federasiyasının bunun qarşılığında nə əldə etdiyini demək çox çətindir. Amma hərbi baxımdan burada praktiki olaraq hərbi heç nə yoxdur. Bu məsələ siyasi yolla həll olunub”, – Jdanov bildirib.

Eyni zamanda hərbi ekspert deyir ki, bu məsələyə kimin və hansı səviyyədə qərar verdiyini bilmir:

“Çox sonra, bəlkə də müharibə bitəndən sonra nə baş verdiyini biləcəyik. Bəlkə də heç vaxt bilməyəcəyik”.

Jdanov deyir ki, burada iki variant var – ya bu suala cavab axtarmaq lazımdır, ya da sadəcə olaraq hər şeyi olduğu kimi qəbul etmək:

“Baş verənlər qeyri-hərbi idi, bu mənim şəxsi fikrimdir. Bu, siyasi hadisə, siyasi addım, siyasi jest idi. Xerson uğrunda heç bir döyüş getmədi”.

teleqraf