Ukrayna Silahlı Qüvvələri (USQ) Xerson vilayətinin Lyubimovka kəndini artilleriya atəşinə tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kaxovka dairəsinin rəhbəri Pavel Filipçuk özünün Telegram kanalında məlumat verib.
“Lyubimovka sağ sahildən artilleriya atəşi altındadır. Az əvvəl altı mərmi düşdü”, — deyə məlumatda bildirilir.
Hazırda hücum nəticəsində xəsarət alanlarla bağlı dəqiq məlumat açıqlanmayıb. Filipçukun sözlərinə görə, USQ hücumu Donbas və Novorossiyanın bölgələrinin birləşməsi günü – bayram zamanı dinc əhalini hədəf alıb.
O, Kiyev rəhbərliyinin tezliklə törədilən cinayətlərə görə məsuliyyət daşıyacağına əmin olduğunu vurğulayıb.