Rusiya qüvvələri oktyabrın 1-də səhər saatlarında Ukraynanın Xerson şəhərində ictimai nəqliyyat dayanacağına və bazarlardan birinə artilleriya zərbəsi endiriblər.
NOCOMMENT.az oxu.az-a istinadən bildirir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Prokudin özünün “Telegram” kanalında xəbər verib.
“İşğalçılar Xersonun mərkəzindəki bazara hücum ediblər. Səhər xersonluların məhsul aldığı və ya satdığı ticarət nöqtələri zərbə altında qaldı”, – deyə o bildirib.
Daha sonra prokurorluq bildirdi ki, Xersonun mərkəzinə lüləli artilleriyadan zərbə endirilib. Hücum nəticəsində üç qadın və dörd kişi olmaqla yeddi nəfər həlak olub. Həmçinin üç şəhər sakini yaralanıb, onlara tibbi yardım göstərilir.