Xersonda partlayış səsləri eşidilibbackend

Xersonda partlayış səsləri eşidilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partlayış səsləri Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson şəhərində eşidilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli “Həftənin güzgüsü” nəşri məlumat yayıb.

Jurnalistlər bir neçə partlayışın baş verdiyini qeyd ediblər. Lakin ərazidəki vəziyyətlə bağlı digər təfərrüatlar hələlik dəqiqləşdirilməyib.

Eyni zamanda, əhalinin xəbərdar edilməsi üçün xüsusi resursun məlumatına görə, şəhərdə hava hücumu xəbərdarlığı elan edilməyib. Eyni şey Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson vilayətinin ərazilərinə də aiddir.

Aprelin 21-də səhər tezdən Xersonda da bir neçə partlayış baş verib. Hələlik fəsadlar barədə məlumat daxil olmayıb.