Xersonda silsilə partlayışlar baş veribbackend

Xersonda silsilə partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın nəzarətində olan Xerson şəhərində Dnepr çayının sahilyanı ərazilərində silsilə partlayışlar qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xerson Hərbi Administrasiyasının (OVA) rəhbəri Roman Mroçko öz Telegram kanalında məlumat verib.

“Xersonun sahilyanı ərazilərində partlayış səsləri eşidilir”, – o xəbərdarlıq edib.

Xerson Hərbi Administrasiyasının rəhbəri yerli sakinləri təhlükəsiz yerlərə getməyə, pəncərələrdən uzaq durmağa çağırıb.

Mroçko başqa heç bir əlavə məlumat verməyib.

Ötən gün Ukraynanın cənubundakı Odessada güclü partlayışlar baş verib.