Xəstəlikdən əziyyət çəkən imişli sakini pensiya ala bilmir – ŞİKAYƏT – VIDEObackend

Xəstəlikdən əziyyət çəkən imişli sakini pensiya ala bilmir – ŞİKAYƏT – VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayon Sarıxanlı kənd sakini Xalidə Eyvazova 20 ildən çoxdur ki, nitq qabiliyyətini itirib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, əqli pozuntusu da olan 54 yaşındakı bu xanımı qardaşı oğli Zaur Eyvazov himayəyə götürüb.

Xalidə Eyvazova bu günə qədər dəfələrlə tibbi komissiyalardan keçsə də, ona pensiya təyin olunmayıb. Zaur Eyvazov iddia edir ki, bibisi ağır xəstə olduğu halda tibbi komissiyadan verilən arayışda onun xəstəlik dərəcəsi yüngül yazılır. Növbəti müraciətində də sənədlər tamam doldurulmadığından Xalidə Eyvazovaya əlillik dərəcəsi təyin edilə bilmir.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, İmişli sakini, 1970-ci il təvəllüdlü Eyvazova Xalidə Eyvaz qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssiəsi tərəfindən 31 may 2023-cü il və 14 may 2024-cü il tarixlərdə forma-88 göndərişləri rəsmiləşdirilib. Göndərişlərdə vətəndaşın ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri qeyd edilmədiyinə görə elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Buna baxmayaraq, Agentlik tərəfindən Xalidə Eyvazova ilə əlaqə saxlanılıb və 27 avqust tarixi üçün əyani müayinəyə dəvət olunub. “Vətəndaşın əyani müayinəsi aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq onun əlilliyi ilə bağlı müvafiq qərar veriləcək”,-deyə Agentlikdən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.