Xəstəxana direktoru əmək qanunvericiliyini pozdu, cərimə edildi, narazı qaldıbackend

Xəstəxana direktoru əmək qanunvericiliyini pozdu, cərimə edildi, narazı qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev cərimələnib.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, direktoru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maadəsi ilə cərimələyib.

Bu maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır. Belə başa düşülür ki, Oktay Əmənullayev əmək qanunvericliyini pozub. 192.6-cı maddədə vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Oktay Əmənullayev dövlət xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. Onun şikayətinə Astara Rayon Məhkəməsində baxılacaq. Martın 27-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim İlqar Məmmədovun sədrliyi ilə keçiriləcək.

Oktay Əmənullayev 2020-ci ilin martında Astara Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edir.