Xəstəxana tikintisində yanğın baş veribbackend

Xəstəxana tikintisində yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sivasda xəstəxana tikintisində yanğın yanğın baş verib.

NOCOMMENT xəbər verir ki, Sivas Cümhuriyyət Universitetinin yeni xəstəxana inşaatında baş verən yanğın qrupların müdaxiləsi ilə söndürülüb və 5 işçi xilas edilib.

Cümhuriyyət Universitetinin kampusunda tikilməkdə olan yeni universitet xəstəxanasının zirzəmisində naməlum səbəbdən izolyasiya materiallarının alışması nəticəsində yanğın baş verib.

Xəbər verildikdən sonra hadisə yerinə sağlamlıq, polis, xilasetmə qrupları sövq edilib.

Güclü tüstüdən xəstəxana inşaatının 4-cü mərtəbəsində sıxılmış vəziyyətdə qalan 5 işçi yanğınsöndürənlər tərəfindən yanğın nərdivanından istifadə edilərək xilas edilib.

Yanğın Sivas Bələdiyyəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.