Xəstəxanada cəmi 21 koronavirus xəstəsi var – TƏBİBbackend

Xəstəxanada cəmi 21 koronavirus xəstəsi var – TƏBİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus epidemiyası artıq sona çatmaq üzrədir. Hər gün açıqlanan koronavirus statistikasından da bunu müşahidə edirik. Son statistikaya əsasən ölkədə 13 yoluxma halı qeydə alınıb, 3 nəfər isə sağalıb. Ölkədə aktiv koronaviruslu xəstə sayı isə 70-dir.

Bəs, müalicə olunan şəxslərdən neçəsinin vəziyyəti ağırdır? Neçəsi tibb müəssisələrində müalicə alır?

NOCOMMENT.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda tibb müəssisəsində ümumilikdə 21 koronavirus xəstəsi müalicə alır.

TƏBİB rəsmisinin sözlərinə görə, yoluxanlardan 8 nəfəri reanimasiyadadır və onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ölkədə koronavirus infeksiyasına yoluxma halı azaldığı üçün 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunub. Artıq bütün qapalı məkanlarda, o cümlədən, avtobuslarda, metrostansiyalarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hava limanı ərazisində, təhsil müəssisələrində tibbi maskalardan istifadə məcburi deyil. Yalnız insanlar öz şəxsi istəklərilə maskadan istifadə edə bilərlər.