Xətaidə çökmə yaşanan evin sahibi: “Aidiyyəti qurum təmir aparmayıb” – VİDEObackend

Xətaidə çökmə yaşanan evin sahibi: “Aidiyyəti qurum təmir aparmayıb” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kollektorun üzərində tikilişmiş yaşayış evinin altı çöküb…

NOCOMMENT.az xəbər verir ki, hadisə Xətai rayonu Rəşid Bağırov küçəsi 36, 12 B ünvanında yerləşən 2 mərtəbəli tikilidə baş verib.

Evin sahibi Bəkir Məmmədovun sözlərinə görə, gecə saatlarında baş verən çökmə səbəbindən evdə dərin çatlar yaranıb, tikiliyə ciddi ziyan dəyib.

Bəkir Məmmədov deyir ki, evi aldığı zaman altından su xəttinin keçməsindən məlumatı olmayıb. O, bildirir ki, 1 ay əvvəl su borusunda sızma baş verəndə aidiyyəti quruma məlumat verilib. Lakin, aidiyyəti qurum ərazidə heç bir ciddi təmir aparmayıb. Nəticədə evin bünövrəsi çöküb.

Bakı Su-Kanal İdarəsindən verilən məlumata görə, qəza baş verən kollektor faktikiki olaraq 22 yaşayış evinin altından keçir. Bu səbəbdən qəza baş veren borunun təmir müddəti uzanarsa, digər evlər üçün çökmə riski yarana bilər.

Həmin evin sökülməsi və ya ailənin köçürülməsi məsələsinə gəlincə, idarə rəsmisi qeyd etdi ki, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub. Onların qərarından sonra bu istiqamətdə addımlar atılacaq.

Xətai rayon İcra Hakimiyyətindən də bildirildi ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.