Xəzər dənizi üzərindən körpü tikilir?backend

Xəzər dənizi üzərindən körpü tikilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması məqsədilə Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində dəniz üzərindən körpünün tikintisi ilə bağlı məsələ gündəmdə deyil”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Report”a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bu cür körpünün tikintisi ilə bağlı məsələ müzakirə edilmir.

Xatırladaq ki, bu gün Xəzər dənizinin üzərindən körpünün tikintisinin planlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Bu cür körpünün tikilməsi ilə bağlı məsələ 10 il bundan əvvəl müzakirə edilirdi. Sözügedən layihədə Cənubi Koreyanın da iştirakı gözlənilirdi.