Xəzər dənizinin səviyyəsi rekord həddə enibbackend

Xəzər dənizinin səviyyəsi rekord həddə enib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb.

Dəniz səviyyəsinin enməsi, xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir.

Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb. 2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb.

“Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir”, – Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.//Oxu.az