Xəzər quruyarsa, ərazimiz genişlənəcək? – “Zəhər saçacaq”backend

Xəzər quruyarsa, ərazimiz genişlənəcək? – “Zəhər saçacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər dənizi quruyarsa, çox böyük ekoloji faciə baş verəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a ekoloq Qorxmaz İbrahimov deyib.

O, Xəzər dənizindəki vəziyyətlə bağlı bir sıra vacib məqamlara toxunub:

“Dəniz suyunun azalması bir perioddur. İqlim dəyişiklikləri ilə bağlı olan müxtəlif səbəblər var. Xəzərin su daşıyıcılarının iqlim dəyişikliyinə görə suvarmaya cəlb olunması, istilənmə və buxarlanmanın artması, yağıntıların azalması bu sıraya daxildir.

Xəzərdə enmə-qalxma amplitudasını hər zaman görmüşük. Əgər Xəzəryanı dövlətlərin onun qorunması ilə bağlı səmimi bir planı varsa, məsələ qaydasına düşər.

Dəniz təkcə ölkəmizə məxsus deyil. Dünyanın qapalı hövzəsi və ən böyük gölüdür. Bu gölü xilas etmək barədə təkcə biz yox, bütün beynəlxalq təşkilatlar düşünməlidir. Əlbəttə, belə bir dənizi itirmək çox kədərli hal olardı.

Mən heç vaxt o fikirdə deyiləm ki, Xəzər dənizi yox olub gedəcək. Amma “Xəzər quruyarsa, ərazimiz artar”, – deyə düşünənlər cahil insanlardır. Birincisi, Aral gölünün qurumasına nəzər salsaq, görərik ki, oradakı canlılar, təsisatlar və biomüxtəliflik məhv olub. Bu bir yana, bir də insanlar köç edir, yaşaya bilmirlər. Çünki duzlu səhraya çevrilən yerdən ancaq xəstəlik yayılır. Hazırda Urmiya gölü də qurumaqdadır. Göl quruyur və ətrafa zəhər saçır.

Azərbaycan ərazisinin artacağını deyən insanlara demək istəyirəm ki, Xəzər dənizi quruyarsa, ancaq zəhər saçacaq”.

Ekoloq fikirlərinə əlavə edib:

“Əlimizdə olan torpağın dəyərini bilirik ki, Xəzərin altından çıxıb 100, bəlkə 500 il sonra münbit torpağa çevriləcək ərazini də səmərəli istifadə etməyi düşünək? Xəzər qurusa, çox böyük ekoloji fəlakət meydana gələr. Təkcə biz yox, bütün dünya bu hadisədən təsirlənər”.