Xəzər Tibb Mərkəzi 5 manatlıq şirkətdən 56 min AZN-lik “alış-veriş” ediləcək – Kondisioner, kompüter, notbuk və.sbackend

Xəzər Tibb Mərkəzi 5 manatlıq şirkətdən 56 min AZN-lik “alış-veriş” ediləcək – Kondisioner, kompüter, notbuk və.s

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər Tibb Mərkəzi” publik hüquqi şəxsi maşın və avadanlıqların satın alınması ilə bağlı yeni tenderin nəticəsini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma üzrə qalib “TESTTECH” MMC olub. Qurumla şirkət arasında 56.000,44 manat dəyərində müqavilə bağlanacağı gözlənilir.

Müqavilə çərçivəsində kondisioner, kompüter, printer, daxili IP kamera, noutbuk və digər texniki vasitələrin alınması nəzərdə tutulur.

Diqqətçəkən məqam odur ki, tenderin qalibi olan “TESTTECH” MMC-nin nizamnamə kapitalı cəmi 5 manatdır. Şirkətin qanuni təmsilçisi isə Amid Ağayev Ağalar oğludur.

Qeyd edək ki, “Xəzər Tibb Mərkəzi”nin direktoru Tərlan Bəbirovdur.