“Xəzər Tibb Mərkəzi”nin bu tenderi baş tutmadıbackend

“Xəzər Tibb Mərkəzi”nin bu tenderi baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən elan edilmiş “digər malların satın alınması” üzrə tender proseduru təchizatçıların sayının üçdən az olması səbəbilə ləğv edilib. Satınalmanın ehtimal olunan məbləği 11.752,09 manat təşkil edirdi.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, üsabiqənin ləğv edilməsinə səbəb, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, təklif və təklifin təminatını təqdim etmiş, zəruri hallarda müvafiq lisenziya və icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Tender çərçivəsində alınması planlaşdırılan mallar arasında otbiçən maşın, termosini, quraşdırılan elektrik əsaslı istilik səthi, qastronom küvet qapağı, iri çömçə, kəfkir, ət çəkmək üçün iri bıçaq dəsti, kartof əzən, kotlet çevirmək üçün alət, su çayniki, dəm çaydanı, dəstəli ələk, paslanmayan materialdan hazırlanmış qazan, taxta qaşıq naboru, sürtgəc və digər mətbəx və təsərrüfat ləvazimatları yer alırdı.

Qeyd edək ki, “Xəzər Tibb Mərkəzi”nin direktoru Mübariz Ağayevdir. O, bu vəzifəyə cəmi bir həftə əvvəl, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə təyin olunub.

Hazırda tenderin yenidən elan ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.