Xəzər və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaqbackend

Xəzər və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün (10.09.2024-cü il) saat 10:00-dan etibarən Xəzər rayonunun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması və Bakavtomat ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi, həmçinin saat 09:00-dan “Bahar” QTM-dən “Suraxanı” QTM-ə gedən qaz kəmərində yeni çəkilmiş yol keçidinin birləşmə işlərinin aparılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

NOCOMMENT.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Binə qəsəbəsinin Gürcüstanlılar məhləsinin, Kanal üstü, Bakavtamat və Pekarnı yolu adlanan ərazilərin, həmçinin Suraxanı rayonu üzrə isə Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.