Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatdıbackend

Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 18-i saat 19:00-a olan məlumata əsasən, gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

NOCOMMENT.az Milli Hidrimetetorologiya Xidmətinə istinadən xəbər verir ki, küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.