Xəzərdə GÜCLÜ zəlzələ oldubackend

Xəzərdə GÜCLÜ zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21:40

Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:09-da qeydə alınıb. Zəlzələ ocağı 74 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu gün saat 11:36-da da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,2 olub.

***

Xəzər dənizində baş verən zəlzələnin maqnitudası yenilənib.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Yerli vaxtla saat 21:09-da qeydə alınan zələzələnin maqnitudası 4,3 olub.

Daha əvvəl maqnitudanın 4,2 olduğu açıqlanmışdı.