Xəzərdə köməksiz qalan 3 nəfər xilas edildibackend

Xəzərdə köməksiz qalan 3 nəfər xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə təd­birlərinin həyata keçirilməsi fəaliyyətləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən NOCOMMENT.az-a bildirilib ki, sentyabr ayının 25-də saat 05:25 radələrində DSX-nin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxan və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalan qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müra­ciət edildiyi barədə məlumat daxil olub.

Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahil­dən təx­minən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkar­lanıb.

Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilmiş, qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilən şəxslərin Bakı şəhər sakinləri – 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.