Xəzərdə nə baş verir? – Hərəkətə keçildibackend

Xəzərdə nə baş verir? – Hərəkətə keçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizində suyun səviyyəsinin ildən-ilə düşməsi narahatlıq doğuran məqamlardandır. Artıq bu problemin həll olunması istiqamətində mühim addım atılır.

NOCOMMENT.az Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaradılıb.

İşçi qrupun tərkibi mühüm dövlət qurumlarından ibarətdir.

 

İşçi qrup Xəzər dənizinin dayazlaşması ilə ələqadar tədqiqatlar aparacaq.

Həmçinin sahilyanı zonalara mənfi təsirləri azaltmağa yönəlmiş digər tədbirləri özündə əks etdirən fəaliyyət planı hazırlanacaq. Qeyd edək ki, hazırda Xəzər dənizinə tökülən çayların ən böyük hissəsi Volqanın payına düşdüyünə görə ilk olaraq işlərə Rusiya ilə başlanılıb. Gələcəkdə isə bu plan çərcivəsində digər Xəzəryanı ölkələr də prosesə cəlb oluna bilər.