NOCOMMENT.az xəbər verir ki, Xəzər rayon Türkan qəsəbəsinin bir qrup sakini redaksiyaya Xəzər dəniz sahilinin villa sahibləri tərəfindən zəbt olunması ilə bağlı müraciət ediblər.
Şikayətçilər bildiriblər ki, Türkan qəsəbəsi, Aqropromun bağları deyilən yaşayış massivində mindən çox evin sakini dənizin sahillərinə həsrət qalıblar.
Qəsəbə sakinləri Xəzər dənizinin sahillərinin zəbt olunmasının qanun pozuntusu olduğunu və bununla bağlı ölkə rəhbərliyi səviyyəsində məsələyə reaksiya verilməsini istəyirlər.