Bir planetdə yaşayan bəşəriyyət dinc yanaşı yaşamalı və heç vaxt güclülərin zəifləri məğlub etdiyi cəngəllik qanununa qayıtmamalıdır.
NOCOMMENT.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Böyük İcma zalında keçirilən ziyafətdə deyib .
Si Cinpinin fikrincə, yalnız müvəqqəti üstünlük zorla müəyyən edilir, əsrlər boyu qələbə isə həqiqətdən asılıdır.
Çin lideri həmçinin ümidvar olduğunu bildirib ki, bütün ölkələr tarixdən dərs alacaq, sülhü qiymətləndirəcək və birlikdə bəşəriyyət üçün daha yaxşı gələcək yaradacaq.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin paraddan sonra Pekində keçirilən rəsmi qəbula gəlib. Qeyd olunduğu kimi, ölkə liderləri militarist Yaponiya üzərində Qələbənin 80-ci ildönümü və İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə rəsmi qəbulun keçiriləcəyi Böyük Xalq Zalına gediblər.