Xidmət rəisi: Uşaqlara Fındıq, Kələm kimi adlar qoyulurdubackend

Xidmət rəisi: Uşaqlara Fındıq, Kələm kimi adlar qoyulurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nazirlər Kabinetinin qərarı ilə uşaqlara gülünc adların verilməsinə qadağalar qoyulub”.

NOCOMMENT xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, həmin qərara qədər uşaqlara Fındıq, Kələm və s. adlar qoyulurdu ki, bu da onların çox zaman gülüş obyektinə çevrilməsinə səbəb olurdu: “Sözügedən qərardan sonra bu problem həll edildi. Həmçinin bir çox adların Azərbaycan dilinə uyğun olmayan formalarının qoyulmasının da qarşısını alınır. Məsələn, Muxammed adı Azərbaycan dilində Məhəmməd kimi qeydə alınmalıdır”.