Xilasedicilərimiz dağıntılar altından qadının meyitini çıxardıbackend

Xilasedicilərimiz dağıntılar altından qadının meyitini çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir qadının meyitini çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Heydər Əliyev prospektindəki 7 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 50 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.