“Ximki” futbol klubunun investoru Tufan Sadıqov müvəqqəti olaraq ev dustaqlığına buraxılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Sadıqov ilk dəfə hələ 2024-cü ilin noyabrında saxlanıla bilərdi.
Eyni zamanda, məhkəmə işində Sadıqovun soyadına işarə edən və T.A.O inisiallarını əks etdirən vəsiqə mövcuddur.
Saxlanılan bu şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291.2-ci “Xırda rüşvət alma” maddəsi ilə iş açılıb.
İstintaq iş adamının həbs edilməsini istəsə də, məhkəmə bundan imtina edib.
Daha sonra o, Moskvanın Tuşinski Məhkəməsi tərəfindən ev dustaqlığına göndərilib.
Bir neçə gün əvvəl ev dustaqlığının müddəti uzadılıb.