XİN Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım etdibackend

XİN Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki,  nazirliyin “X” hesabında edilən paylaşımda qeyd olunub ki, 31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

“Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var”, – paylaşımda qeyd olunub.