XİN başçısı: Səfirlikdə təxribat törədənlərin adlarını istəyirikbackend

XİN başçısı: Səfirlikdə təxribat törədənlərin adlarını istəyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avqustun 4-də radikal dini qrup Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Orada vandalizm aktı törədiblər. Rəsmi olaraq bunu pisləyirik, qəbuledilməzdir. Bir çox ölkələr, xüsusilə qardaş Türkiyə hücuma etirazını bildirdi. Bu prosesdə səssiz qalmayan bütün ölkələrə təşəkkür edirəm”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib.

“Böyük Britaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Böyük Britaniyadan ilk xahişimiz ciddi təminat verilməsidir. Bu, Böyük Britaniyanın Vyana Konvensiyasına görə öhdəliyidir. Diplomatların təhlükəsizliyi Vyana Konvensiyasını qəbul etmiş hər bir dövlətin məsuliyyətidir. Azərbaycan olaraq biz bu məsələyə ciddi yanaşırıq. Azərbaycanda bütün diplomatik nümayəndəliklər ən yüksək səviyyədə qorunur. Biz Böyük Britaniyadan da eyni yanaşmanı gözləyirik. Digər gözləntimiz Böyük Britaniyanın müvafiq qurumlarının bu hücumun səbəbkarlarının məsuliyyət daşıması və bunun arxasında duran adların müəyyənləşdirilməsi üçün çox ciddi araşdırmaların aparılmasıdır. Onlardan nəticələri gözləyirik”, – deyə nazir bildirib.

Xatırladaq ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdı. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırmış və radikal dini şüarlar səsləndirmişdilər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılmışdı. İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılmışdı.