XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı növbəti BƏYANATbackend

XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı növbəti BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı iddialarına, Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair səsləndirilən iddialara münasibət bildirərkən deyib.