XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlamabackend

XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yaydığı açıqlamada bildirib.

“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım xidməti göstərilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Kamil Zeynallı rəsmi İnstaqram səhifəsində açdığı canlı yayımda Moskvadan qayıdarkən aeroportda saxlanıldığını bildirib. Buna səbəb kimi Ermənistanın onu beynəlxalq axtarışa verməsi göstərilib. O deyib ki, bu gün məhkəməyə çıxarılacaq./axar.az/