XİN-in şöbə müdirinə 15 dəfə 15 min manat verdim – Şahidbackend

XİN-in şöbə müdirinə 15 dəfə 15 min manat verdim – Şahid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Rəsmiyyə Qazıyeva deyib ki, bir neçə nəfərin adına şirkətlər açaraq banklardan etibarnamə ilə pul götürüb: “Mən 15 dəfə 15 min manat götürüb Şahinə verdim. Mənə isə ondan 2 faiz qalırdı”.

Daha sonra şahid qismində Şahin Abdullayev dindirilib. O, bankda işlədiyini deyib.

Digər şahid Şahin Rəsulov söyləyib ki, Şirvanda yaşayan Nicat Ələkbərov adlı tanışının əli ilə şirkət açıb. O, tenderdə qalib gəldiyini, 32 min manat pul çıxartdığını deyib: “Pulu da Rövşənə verdim”.

Xırdalanda usta olduğunu deyən şahid Bilal Qasımov bankdan 30 min manat pul çıxardaraq mal aldığını bildirib. Onun sözlərinə görə, həmin malları da S.Əlizadəyə verib.

Proses oktyabrın 20-də davam edəcək.