XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edibbackend

XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb:

“Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub”, – paylaşımda bildirilib.