Kabil İslamabadla sülh münasibətlərinə üstünlük verir, lakin lazım gələrsə, təhlükəsizliyini qorumağa hazırdır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Nyu-Dehlidə səfərdə olan Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi deyib.
“Biz Pakistanla sıfır gərginlik və dinc münasibətlər istəyirik. Lakin münasibətlər səhv idarə olunarsa, biz təhlükəsizliyin necə təmin olunacağını da bilirik”, – o deyib.
XİN rəhbəri həmçinin əlavə edib ki, Pakistan Əfqanıstanı günahlandırmaq əvəzinə öz nəzarət-buraxılış məntəqələrinə nəzarət etməlidir.