XİN rəhbərlərinin görüş vaxtı və yeri açıqlandıbackend

XİN rəhbərlərinin görüş vaxtı və yeri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş fevralın 28-29-u Almaniyanın paytaxtı Berlində keçiriləcək.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacağını bildirib.