XİN rəhbərlərinin Qazaxıstan görüşü – Tarix razılaşdırılırbackend

XİN rəhbərlərinin Qazaxıstan görüşü – Tarix razılaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə keçiriləcək görüşün tarixi razılaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O deyib ki, ölkəsi Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar üçün istənilən platformanı dəstəkləyir.

“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik” – deyə, XİN-nin sözçüsü qeyd edib.