Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Ali Məhkəməsi tərəfindən “Taliban” hərəkatının (hərəkət terrorçu kimi tanınır) fəaliyyətinə qoyulan qadağanın dayandırılması Moskvanın BMT Təhlükəsizlik Şurasının “Taliban”a qarşı sanksiya rejiminə əməl etmək üzrə beynəlxalq öhdəliklərini qüvvədə saxlayır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici Diplomatik Xidmətinin saytında məlumat verilib.
“Rusiya Federasiyası Ali Məhkəməsinin “Taliban” hərəkatının terrorçu statusunun dayandırılması ilə bağlı qərarı Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının sanksiya rejiminə əməl etmək üzrə beynəlxalq öhdəliklərinin dəyişdirilməsinə səbəb olmur…”, – deyə məlumatda bildirilir.
Aprelin 17-də Rusiya Federasiyasının Ali Məhkəməsi ölkədə 2003-cü ildən qüvvədə olan “Taliban” terror hərəkatının fəaliyyətinə qoyulan qadağanı müvəqqəti olaraq dayandırıb.İddianı Rusiyanın baş prokuroru qaldırıb və iclas bağlı qapılar arxasında keçirilib. Taliban bu qərarı alqışlayıb.