XİN: Rusiya Ermənistandan cavab gözləyirbackend

XİN: Rusiya Ermənistandan cavab gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Ermənistan Xarici İşlər Nazirliyinə göndərilmiş etiraz notası ilə bağlı rəsmi İrəvandan cavab gözləyir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İvan Neçayev bildirib.

“Biz Ermənistan Xarici İşlər Nazirliyinə müvafiq notanın göndərilməsini təsdiqləməyə hazırıq, Rusiyanın İrəvandakı səfirliyi tərəfindən müvafiq bəyanat verilib. Biz onlardan cavab gözləyirik”, – deyə Neçayev bildirib.

Qeyd edək ki, Rusiyanın İrəvandakı səfirliyi yerli informasiya məkanına Rusiyaya qarşı saxta ittihamlarla dolu anti-Rusiyaya görə Ermənistan Xarici İşlər Nazirliyinə nota verib.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, daha iki nəfər itkin düşüb.