Xırdalan sakinləri 596 sayli maşrut avtobuslarinin fəaliyyətindən gileylənirlər.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, digər mühüm məsələ isə marşrutun avtobusları arasında intervalın çox olmasıdır.
Sürücülər isə mövcud vəziyyəti tıxacla əlaqələndirirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin xətt üzrə hazırda 16 ədəd avtobus gündəlik fəaliyyət göstərir. İntervalları isə 9-10 dəqiqədir.
Sakinlərin şikayətinə gəlincə isə Xırdalanda əhali sayının günü-gündən artması xidmətin keyfiyyətinə də təsir edir. Ancaq bütün bunları nəzərə alaraq, tezliklə problemin aradan qaldırılması üçün daşıyıcı şirkətlə danışıqlar aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.